| Xəbər 2845 dəfə oxunub
Qaşıqla 2 həftəyə cavanlaş

Yaponiya, Koreya və Çində məşhur olan qaşıq masajı haqda eşitmisiniz?

 

Axşam.az xarici KİV-ə istinadən 2 həftədən sonra dərinizdəki dəyişikliyi fərqinə varacağınız qaşıq masajı barədə məlumat verir:

1. Gözaltı şişkinliyi yox etmək – qaşığın arxa hissəsini gözaltı hissəsyə qoyun, yuxarı, aşağı hərəkət etdirin. Bunu 1-2 dəqiqə edin. Gözününüz üst hissəsi şişibsə, gözünüzü yumun, qaşığın arxa hissəsini gözünüz üstünə qoyun. Qaşıq istilənərsə, yenidən soyuq suya salın və təkrar edin. Bunu 5-7 dəfə edə bilərsiniz.

 

2. Qaşlarınızın arasındakı qırışı yox etmək – alnınızın ortasına qaşığın arxa hissəsini qoyun və irəli-geri hərəkət etdirin. Bunu bir neçə dəfə təkrarlayın.

3. Gözün kənarındakı qırışlardan qurtulmaq – Soyuq qaşığın arxa hissəsini göz ətrafına qoyun və 5-7 dəfə dairəvi hərəkətlə gicgah nahiyəsinə aparın. 



4. Ağız kənarındakı qırışlardan qurtulmaq – Ağzınızı açın, dodaqlarınızı uzadın. İsti qaşıqları burun hissəyə yerləşdirin və dairəvi hərəkətlərlə ağzın kənarlarına gətirin, sonra yenidən geri aparın. Bunu da 5-7 dəfə təkrarlayın.



5. Dekolte hissənin düzləşdirilməsi – isti qaşıqları köprücük sümüyünə qoyun və bütün dekolte hissəni dairəvi şəkildə masaj edin. Sonradan qaşıqları soyuq suya batırın və hərəkəti təkrarlayın. İsti və soyuq qaşıqları 10 dəfə dəyişdirərək hərəkəti təkrarlayın.