| Xəbər 2107 dəfə oxunub
Qışda gözəl görünmək üçün bunu edin

Soyuq hava üz dərisini solğun, qocalmış göstərir. Soyuq qış günlərində təravətli dəriyə sahib olmaq istəyən xanımlar mütləq qulluq vasitələrindən istifadə etməlidirlər.

Axşam.az xarici mətbuata istinadən xanımların gözəlliyinə baxımlılıq və təravət qatacaq maska təqdim edir:

Vəsaitlər:
1 çay qaşığı nəmləndirici krem;
1 yumurta;
1 yemək qaşığı badam yağı;
1 yemək qaşığı bal.

Hazırlanması:
Yumurtanın ağı və sarısını ayırın. Yumurtanın sarısına damlalar halında badam yağını əlavə edərək qarışdırın. Ardından yavaşca nəmləndirici kremi və balı qatın. Yumurta ağını da ayrı bir qabda yüngülcə çırpın və yumurta sarısını qarşıma qatıb hamısını konsistensiyaya gələnə qədər qarışdırın.

İstifadəsi: 

Qarışığı, genişcə bir fırça və ya pambıqla üz və boyun bölgəsinə çəkin və ən az yarım saat təsirini göstərməsini gözləyin. Ardından ilıq suyla yuyun.