| Xəbər 2777 dəfə oxunub
Hava hücumundan müdafiə bölmələrinin təlim-məşqləri keçirilib

Ümumqoşun birlik və birləşmələri hava hücumundan müdafiə bölmələrinin planlı təlim-məşqləri keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, praktiki döyüş atışları ilə icra olunan məşqlərdə şəxsi heyət şərti düşmənin hava hədəflərini aşkar edərək onları daşınan zenit-raket komplekslərindən məhv ediblər.