| Xəbər 1770 dəfə oxunub
Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbəsi beynəlxalq tədbirdə iştirak edib

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) “İqtisadiyyat” ixtisası üzrə təhsil alan III kurs tələbəsi İsa Allahverdiyev Erasmus + proqramı çərçivəsində 24 sentyabr - 4 oktyabr tarixlərində Moldovanın Vadul Lui Voda şəhərində keçirilən konfransda iştirak edib.

Trend-in məlumatına görə, səfər zamanı İsa Allahverdiyev proqram üzrə təlimlər və müxtəlif tədbirlərdə iştirak edib, Erasmus+un təşviqi, gönüllülük, Avropanı anlama, layihə dizaynı, qeyri formal təhsil, aktiv vətəndaşlıq (bu əsasən gənclərin sosial aktivliyini nəzərdə tutur) və digər mövzular üzrə mühazirələri dinləyib. Proqram çərçivəsində İsa Allahverdiyev qruplar üzrə müxtəlif təlimlərə qatılıb. Təlimlərdən sonra o, qrup işi və layihələrin təqdimatında iştirak edib.

 

İsa Allahverdiyev proqram çərçivəsində nəzərdə tutulan “Mədəniyyət gecəsi”ndə ölkəmizi təmsil edərək, Azərbaycan haqqında tədbir iştirakçılarına məlumat verib, xalqımızın zəngin mədəniyyəti, incəsənəti, qədim tarixi barədə danışıb.