|
Azərbaycan cüdoçusu Argentinada Yeniyetmələrin Olimpiya Oyunlarının çempionu oldu

Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında cüdo yarışlarına start verilib.

Trend-in Azərbaycan Cüdo Federassiyasına istinфdən verdiyi məlumata əsasən, bu mötəbər yarışda ölkəmizi təmsil edən yeniyetmə cüdoçumuz Vüqar Talıbov bütün rəqiblərinə qalib gələrək tarix yazıb.

 

66 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Yəmən, Tacikistan, Domimikan Respublikası və Rusiya idmançılarını məğlub edərək Olimpiya Oyunlarının qızıl medalını qazanıb. Vüqar Talıbova Olimpiadanın qızıl medalı təqdim olunub və onun şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib.

Digər təmsilçimiz Vüsalə Kərimova qızların yarışında 44 kq çəki dərəcəsində 7-ci yeri tutub.