|
"Bozun 50 çaları"nın qəhrəmanı üçüncü dəfə ata olacaq

36 yaşlı aktyor Ceym Dornan və həyat yoldaşı Ameliya Uorner üçüncü övladının dünyaya gəlməsini gözləyir. 

Dornan və Ameliya 2007-ci ildə tanış olub. Beş ildən sonra isə onlar nikah masasına oturublar. Toydan yarım il sonra cütlüyün ilk övladı doğulub. 

Ameliyanın üçüncü dəfə ana olması xəbəri avqustda mediada yayılıb. Cütlük isə məlumatı təsdiqləməkdən qaçıb. "Bozun 50 çaları" filmi ilə məşhurlaşan Ceym bu günlərdə keçirilən bir tədbirə həyat yoldaşı ilə birlikdə qatılıb. Ameliyanın böyüyən qarnı diqqətdən qaçmayıb.