| Xəbər 18844 dəfə oxunub
Bakıda yayılan yeni trend:

Son zamanlar insanların sağ ikən özlərinə məzar yeri alması, hətta qəbir daşını hazırlatdırıb, üstünə ölüm tarixindən başqa bütün məlumatları qeyd etməsi halları geniş yayılıb. Bu, ölkəmizdə də çox rast gəlinən hadisədir. Əzizlərinin məzarını ziyarət etmək üçün qəbiristanlığa gedən şəhər sakinləri orada boş, amma sahibli məzarlara rast gəlirlər.

Elmar Hüseynovun atası sağlığında oğlunun yanında özünə məzar düzəltdirmişdi

“Yeni Müsavat” xatırladır ki, mərhum jurnalist Elmar Hüseynovun atası Sabir Hüseynov da sağlığında oğlunun Fəxri Xiyabandakı məzarının yanında özünə qəbir daşı düzəltdirmişdi. E.Hüseynovun məzarının yanında yerləşən məzarın üst mərmər örtüyü və başdaşı da hazır idi. Hətta başdaşının üzərində mərhum jurnalistin atası özü haqqında məlumatları da həkk etdirmişdi. Məzarın sinə daşı və başdaşı da eynilə Elmar Hüseynovda olduğu kimi - qara mərmərdən düzəldilmişdi. Lakin başdaşının üzərinə ağ örpək çəkilmişdi. Qəbir daşının üstündə onun ancaq doğum tarixi qeyd edilmişdi - 1936-cı il. 8 sentyabr 2014-cü ildə onun məzar daşının üstündə ölüm tarixi də qeyd edildi. S.Hüseynov sağlığında bu məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşının sualını cavablandıranda “Mən oğlumun yanında basdırılmaq istəyirəm” deyə cavab vermişdi. O bildirmişdi ki, oğlunun yanına üzüağ gedir və onunla danışacaq xeyli mövzusu var.

Ağamirzə də özü üçün qəbir ile ilgili görsel sonucu

Azərbaycanda meyxanaçı, Türkiyədə aktyor bu ənənədən istifadə edir

Amma bu, sağlığında özünə məzar yeri alan, qəbir daşı düzəltdirənlərdən, sadəcə, biridir. Məşhur meyxanaçı Ağamirzə də özü üçün qəbir yeri götürüb, hətta həmin yeri qazdırıb, içi lazımi qaydada hörülüb, üstünə isə torpaq tökülüb və demək olar ki, tam hazır vəziyyətə gətirilib. Onun sifarişini qəbul edən qəbirqazan əvvəlcə təəccüblənsə də, öz işini iki günə təhvil verib. Ailəsi, qohumları, tanıyan hər kəs onu bu əməlinə görə qınayıb, amma daha sonra haqq qazandırıblar.

Yakup Yavru Amasya ile ilgili görsel sonucu

Türkiyəli aktyor Yakup Yavru Amasya ərazisində özünə məzar hazırlatdırıb. Aktyor bunun üçün 35 min lirə (təxminən 17 min manat) ödəyib. Daha sonra isə aktyor məzarına baş çəkib və “Yerimi çox bəyəndim. Baxdıqca ölməyim gəlir” açıqlamasını verib. Y.Yavru bir müddət öncə dünyasını dəyişib və əvvəlcədən müəyyənləşdirdiyi yerdə basdırılıb.

Rusiyanın əməkdar geoloqu Bakıda özünə qəbir qazdırıb, heykəl qoydurub.  II Fəxri Xiyabanın girişində solda ucaldılmış iki əzəmətli heykəllərdən biri Rusiyanın əməkdar geoloqu (məzar daşının üstündə yazılıb - müəllif.) Faiq Məmmədova, yanındakı isə həyat yoldaşı Hacı Svetlana Məmmədovaya məxsusdur.  Qəbiristanlıqdakı molla hər iki məzarın sahibinin sağ olduğunu və onların ər-arvad olduqlarını deyib.

İzzet Çördükçü ile ilgili görsel sonucu

Türkiyənin Amasya şəhərində yaşayan İzzət Çördükçü də sağlığında özünə qəbir qazdırıb, məzar daşı qoyduranlardan olub.  İzzət deyir ki, belə bir qərara 10 il əvvəl şəkər xəstəliyinə tutulduqdan sonra gəlib. Evinin həyətində qəbir qazdırıb, məzar daşı düzəltdirib, üstəlik, adını, doğum tarixini də yazan şəxs hər gün qəbrini ziyarət edib dua oxumağı da unutmur.

Övladları həmin qəbirin sökülməsinin tərəfdarı olsalar da İzzət fikrindən dönmək niyyətində deyil. Sadəcə, qəbrin ortasından iri bir ağac keçdiyinə görə məzarın yerini bir qədər dəyişmək fikrindədir.

İki il bundan öncə qətlə yetirilən aktyor Vətən Şaşmazın qətli ilə bağlı sonradan üzə çıxan faktlar da bu məsələdə ilginc detallara şahidlik edir. Məlum olub ki, V.Şaşmazı qətlə yetirən eks sevgilisi, Filiz Ağər adlı qadın Amerikadan qayıdandan sonra özünə qəbir qazdırıb, məzar daşı qoydurub. Qəbiristanlıqda ata-anasının yanında özünə “axirət evi” hazırlayan qadının psixoloji problemlər yaşadığı ortaya çıxıb.

Dertli Kul Cafer ile ilgili görsel sonucu

Türkiyədə aktyorlar da belə edir, müğənnilər də

Samsunda yaşayan 70 yaşlı xalq ozanı Aşıq Dərdli Qul Cəfər ölmədən öncə məmləkəti Tokatın Niksar bölgəsində həyat yoldaşı və özünün adına məzar daşı qoydurub. Məzarlar boş olsa da, vətəndaşlar ona dua edirlər. Niksar bələdiyyəsi isə qəbiristanlığın ərazisində bu məzarın olduğuna işarə edən lövhələr quraşdırıb.

Cübbeli Ahmet Hoca ile ilgili görsel sonucu

Özü üçün sağlığında məzar hazırladan türkiyəli Cübbəli Əhməd Hoca da hər gün boş məzarını ziyarət edərək, dua edir. O, yerli mediaya açıqlamasında deyib ki, burda dua etmək ona huzur verir və axirətini unutdurmur.

Sinopun Dikmən bölgəsinə bağlı Akçakese kəndində yaşayan, Almaniyadan birdəfəlik qayıdan təqaüdçü 69 yaşlı Əli Çətin evinin bağçasına ölmədən öncə öz məzar daşını qoydurub. Çətin məzar daşının üzərində də işçi geyimli heykəlini ucaltdırıb. 1 metr 75 santimetr uzunluğunda və 80 kilo ağırlığındakı heykəlin üstünə “Ali Anlamadın Dünyanın Fendini, Pisi Pisine Yedin Kendini, Eserlerin Var Olsun Ruhun Şad Olsun. Oğlum Yıkma Beni Bu dünya Yıkar Seni D.1944"  sözlərini yazıb. O, bununla bağlı ondan açıqlama alan yerli media orqanlarına isə deyib ki, ”Mən xaricdə çox çalışdım, çox əmək sərf etdim. Təqaüdə çıxınca da öz kəndimə köçdüm. Bu dünyanın nə qədər fani olduğunu böyük qardaşım qollarımda can verəndə anladım. Bu dünya kimsəyə qalmadı, qalmayacaq. Mən də belə bir məzar daşı hazırladım. Məzar daşının üstünə də özümün hazırladığım heykəli qoydurdum". 

Türkiyənin 71 yaşındakı aktyoru Serdar Gökhan da sağlığında özünə qəbir yeri alanlardandır. Bir müddət Amerikada yaşayandan sonra Türkiyəyə qayıdan S.Gökhan, İstanbuldakı Zəncirliquyu qəbiristanlığında özünə məzar yeri satın alıb. 4 nəfərlik məzarlıq üçün kiçik bir mənzilin qiymətini, 150 min TL ödəyən aktyor bundan xəbər tutanları təəccübləndirib.

Türkiyəli müğənni Orxan Gəncəbay da həyat yoldaşı Sevim Emre ilə öləndən sonra ayrılmamaq üçün 100 min lirəyə Ulus qəbiristanlığında yer alıb. O, bu barədə dostlarına bildirib ki, hətta öləndən sonra da sevimli həyat yoldaşından ayrı qalmaq istəmir.

Niyə belə edirlər -  yaxınlarının etibarsızlığı, qəbir yerlərinin gün-gündən bahalaşması

Bəs bu kimi halların səbəbi nədir?  Yuxarıdakı hekayələrdən hamısında fərqli səbəb var: biri öləndən sonra da sevdiyindən ayrı qalmamaq üçün qoşa məzar yeri alır, bir başqası axirətini düşünür, digəri məzar yerinin, qəbir daşının məhz özü istədiyi kimi olması üçün öncədən hazırlıq edir. Azərbaycanda isə insanların özünə yer götürüb qəbir qazdırmaq ənənəsi geniş yayılıb. Bunun bir səbəbi Bakıdakı qəbiristanlıqlarda yerlərin getdikcə azalması, qiymətlərin qalxmasıdırsa, başqa bir səbəb öz yaxınlarına etibarsızlıqdır. Ona görə də imkanı olan adamlar o dünyadakı evlərini də tikdirirlər. Üstəlik, onlar pul verib böyük bir ərazini hasarlayır, mərmər döşətdirirlər.

Ä°lgili resim

Hacı Şahin: “Bu, şəriətlə ziddiyyət təşkil etmir, bir şərtlə ki...”

Qafqaz Müsəlmanları İdarəsinin təmsilçisi Hacı Şahin “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, insan sağlığında özünə qəbir üçün torpaq da ala bilər, qəbir də qaza bilər. Müsahibimizin sözlərinə görə, bu, onun axirəti yada salmasına səbəb olur.  Hacı Şahin bildirdi ki, bu, müxtəlif ölkələrdə qanunvericiliklə tənzimlənir: “Azərbaycanda isə qanunvericiliyə dəyişiklik edilib. Qəbir daşları ilə bağlı müəyyən standartlar tətbiq ediləcək. Məzar daşlarının həddən artıq təmtəraqlı olması yolverilməzdir. Çünki bu da rəqabətə çevrilir. Bu məqamlar nəzərə alınacaq və eyni ölçüdə məzarlar alınacaq. Bundan başqa, torpaqların alınması ilə bağlı məhdudiyyətlər olacaq. Bəzən bir ailə üçün torpaq alınırdısa, indi bu, daha məhdud olacaq. Məsələn, təkcə ər-arvad üçün qəbir yerinin alınmasına icazə veriləcək”.

Hacı Şahin bildirdi ki, sağlığında özünə məzar yeri alınması dinimizlə, şəriətlə ziddiyyət təşkil etmir və bəyənilən əməldir. Amma başqa insanlara problem yaradıldığı halda, bunun tətbiqi yolverilməzdir: “Hansı halda başqa insanlara problem yarana bilər?  Həmin yer məzarlıqda həddən artıq böyük yer tutduqda. Bir nəsil bütövlükdə özünə qəbir yeri alarsa digər insanlara yer qalmır. Bu olarsa, dinimiz də tövsiyə etmir. Böyük bir ərazini tutmaq hesabına qəbir yeri almaq doğru deyil”.

Harada, neçəyə basdırılırlar?

Keçək Bakıda və bir çox ölkələrdə qəbir yeri qiymətlərinə. “Yeni Müsavat” daha öncə də bu barədə arayış verib.

Biləcəri qəbiristanlığı - 400-500 AZN

Xırdalan qəbiristanlığı - 800-1500 AZN

Badamdar qəbiristanlığı - 800-2000 AZN

Günəşli qəbiristanlığı - 600-1500 AZN

Qaraçuxur qəbiristanlığı - 200-1000 AZN

Qurd qapısı qəbiristanlığı - 2000-3000 AZN

Hövsan qəbiristanlığı - 150-300 AZN

Xarici ölkələri yada salaq. Braziliyada qəbir yeri hər kvadrat metr sahəyə görə 45 avro təşkil edir. Amma bu, 3 illik dönəm üçün nəzərdə tutulan qiymətdir. 5 il üçün isə bu qiymət 131 avrodur. Böyük şəhərlərdə qiymətlər nisbətən baha, kiçik şəhərlərdə isə daha ucuzdur. 3 ildən sonra qəbir yerinə görə yenidən pul ödəmək lazımdır. Əgər sözügedən müddətin sonunda qəbir sahibi yaxınlarından heç kim müraciət etmirsə, bu halda qəbirlər ümumi qəbiristanlığa köçürülür.  Əgər qəbiristanlıq doludursa, bu halda administrasiya özü 3 il sonra mərhumun yaxınlarından qəbiristanlıq yerini boşaltmağı xahiş edir. 3 il sonra isə mərhumun birinci dərəcəli qohumları qəbir yerinin köçürülməsi və ya kremasiya üçün müraciət edə bilər.

İranda 500 min tümən (260 dollar) 270 min tümən (145 dollar), 150 min tümən (80 dollar) qiymətlərində məzar yerləri var. Ancaq xüsusi baha yerləri olan məzarlıqlar da var. Məsələn, Tehran yaxınlığında yerləşən İran-İraq müharibəsi şəhidlərinin dəfn olunduğu “Behişte-Zəhra” (“Zəhra cənnəti”) məzarlığı ölkədə ən bahalı qəbir yerlərinin olduğu yerdir. Burada qiymətlər 350 min tüməndən 15 milyon tümənədək (180 dollar-7700 dollar) dəyişir. Daha bir bahalı məzar yerləri ziyarətgahlar ərazisində olur. Bu cür yerlərdə dəfn olunmaq arzusunda olanlar çox olduğundan bura xüsusi qiymətlər qoyulub.

Almaniyada yas mərasimi ümumən 7 min avroya başa gəlir. Bu qiymət əsasən qəbir yerindən, xidmət və atributlardan asılıdır. Statistikaya görə, mərhumların 60 faizini qəbirlərdə basdırırlar, 40 faizini isə yandırırlar.

Qəbiristanlıqda basdırılma variantı bahalıdır. Yeri almaq olmaz, onu ancaq kirayələmək mümkündür. Adətən bu cür kirayələmə müqavilələri 20 ili əhatə edir. Sözügedən müddət bitəndən sonra kirayənin müddətini də uzatmaq olar.

Alman qəbiristanlıqlarında bir qəbir yerinin qiyməti 2400 avrodur. Bu qiymətə qəbirə illik qulluq xidməti haqqı olan 600-800 avroluq məbləği də əlavə etmək mümkündür. Kilsələrin yanında salınan qəbiristanlıqlarda qəbir yeri qiyməti daha aşağıdır, nəinki bələdiyyələrinkində.

“Yeni Müsavat”