|
Tovuzda 41 yaşlı kişi naməlum şəraitdə xəsarət alıb

Tovuz rayon sakini naməlum şəraitdə xəsarət alıb.

Trend-in məlumatına görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib.

Kənd sakini, 1977-ci il təvəllüdlü Cəfərov Elçin Sabir oğlu döş qəfəsinin qapalı travması ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilib.

 

Yaralıya ilkin tibbi yardım göstərilib. Xəstə həyətində yıxılaraq xəsarət aldığını bildirib.

Faktla bağlı araşdırmalar aparılır.