|
Azərbaycan şahmatçıları Olimpiadada mövbəti oyunlarını keçirib (FOTO)

Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında dünən VI turun görüşləri keçirilib.

Trend-in məlumatına görə, Azərbaycanın kişilərdən ibarət yığması Çexiya ilə qarşılaşıb və görüş millimizin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Komanda bu qələbə sayəsində xallarının sayını 12-yə çatdırıb və olimpiadada liderliyini davam etdirir. İkinci pillədə Polşa, üçdə isə ABŞ qərarlaşıb. Onların müvafiq olaraq 12 və 11 xalları var.