|
"MİDA" MMC-də yeni TƏYİNAT

Çingiz Qədimov "MİDA" MMC-nin Müşahidə Şurasının sədri təyin edilib.

Trend-in məlumatına görə, eyni zamanda Ç.Qədimov Agentliyin Aparat rəhbəri vəzifəsini icra edir.

 

Bundan əvvəl MMC-nin Müşahidə Şurasına Sadiq Sadıqov rəhbərlik edib. O, sentyabrın 19-dan Prezident İlham Əliyevin sərəncamı ilə Mənzil İnşaatı Dövlət Agentliyin İdarə Heyətinin sədri postuna keçib.

Qeyd edək ki, "MİDA" MMC Agentliyin tərkibində fəaliyyət göstərir.