|
Arxitektura Komitəsi Baş Prokurorluqla birgə Bakıda qanunsuz tikililərlə bağlı ciddi yoxlamalara başladı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Baş Prokurorluqla birgə Bakı şəhərində qanunsuz tikililərlə bağlı ciddi yoxlamalara başlayıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Zakir Qaralov deyib.

 

Z.Qaralov bildirib ki, Xətai, Binəqədi, Nəsimi, Yasamal rayonları üzrə 96 tikinti obyektində ciddi qanun pozuntusu aşkarlanıb:

"Toplanmış faktlar prokurorluq orqanlarına göndərilib. Korrupsiya Qarşı Mübarizə Baş İdarəsində qanunsuz tikililərlə bağlı araşdırmalar aparılır".