|
"Elimi burakma"nın aktrisasının başına iş gəldi

"TRT1"də yayımlanan baş rollarda aktrisa Alina Boz və aktyor Alp Navruzun oynadığı "Elimi burakma" serialının çəkiliş meydançasında xoşaglməz hadisə baş verib.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, ekran işinin "Cansu"su, aktrisa Cemre Gümeli mərmər üzərinə yıxılaraq omba sümüyünü sındırıb. İlk tibbi yardımdan sonra çəkilişə geri dönən Gümeli sonradan ağrıların dözülməz hala gəldiyini görüb və həkimə müraciət edib.
Həkim ona 2 həftə yataqdan durmamağı tapşırıb. Bu səbəbdən serialın ssenarisində dəyişiklik edilib.
Qeyd edək ki, ekran işinin çəkilişində bundan öncə də "Sumru" obrazını canlandıran aktrisa Dolunay Soysertin başına iş gəlmişdi. O, çəkiliş zamanı ayağını sındırmışdı.