|
Bakıda NATO-nun təlim kursları keçirilib

Bakıda “NATO-nun əməliyyatların qiymətləndirilməsi” və “NATO-da təhlil və təcrübələrin öyrənilməsi” mövzularında təlim kursları keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlim kursları nazirliyin NATO ilə 2018-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Şimali Atlantika Alyansının Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının və Portuqaliyada yerləşən Birləşmiş Təhlil və Təcrübələrin Öyrənilməsi Mərkəzinin mobil təlim qrupları tərəfindən təşkil olunub.

 

Kurslar müddətində NATO-nun nümayəndələri tərəfindən dinləyicilərə NATO-da əməliyyatların qiymətləndirilməsi, əməliyyatların qiymətləndirilməsinin və planlanmasının nəzəriyyəsi, Alyansda təcrübələrin toplanması və əməliyyat planı, əməliyyatlar zamanı təcrübələrin toplanması, analiz metodları, təcrübələrin öyrənilməsi prosesində qiymətləndirmə və digər mövzular barədə məlumatlar verilərək sindikatlar keçirilib.