| Xəbər 4733 dəfə oxunub
Bağırsaq xərçənginin 4 əsas səbəbi

Avstraliya alimləri 10 il ərzində bağırsaq xərçəngi ilə bağlı araşdırma aparıblar.

Mütəxəssislər bu xəstəliyə səbəb olan əsas amilləri araşdırıblar.

Saglamolun.az MedicalXpress-a istinadla xəbər verir ki, araşdırmada yaşı 18-100 arasında olan 370 min insan iştirak edib.

Alimlər belə nəticəyə gəliblər ki, kişilər arasında bu xərçəng növünə qadınlarla müqayisədə daha tez-tez təsadüf edilir.  

Mütəxəssislərin fikrinə görə, bağırsaq xərçənginə səbəb olan əsas amillər bunlardır: artıq çəki, piylənmə, siqaret çəkmək və spirtli içkilərin qəbulu.

Araşdırmanın müəllifləri bağırsaq xərçənginin profilaktikası üçün çox sadə tövsiyələr verir: insan həddindən artıq yeməməli, siqaret çəkməməli və spirtli içkilərdən sui-istifadə etməməlidir.