|
Sergey Şoyqu: İdlibdə hərbi əməliyyatlar aparılmayacaq

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Suriyanın İdlib əyalətində hərbi əməliyyatlar aparılmayacaq, Suriya hökuməti onu dayandırmağa hazırdır.

Trend-in məlumatına görə, Şoyqu bunu jurnalistlərə açıqlamasında Soçidə Rusiya və Türkiyə prezidentləri arasında aparılan danışıqların yekunu üzrə İdlibdə vəziyyətin sabitləşdirilməsinə dair qəbul edilmiş Memoranduma istinadən deyib.

 

Bundan əvvəl Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan İdlibdə hərbsizləşdirilmiş zonanın yaradılması barədə razılıq əldə ediblər.