|
Genişmiqyaslı təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur

Genişmiqyaslı təlimlərin keçirilməsi planına uyğun həyəcan siqnalı ilə qaldırılan qoşunların hərəkəti, idarə edilməsi tələblərə uyğun olaraq, gizli və operativ şəkildə həyata keçirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, keçirilən təlimlərdə qoşunlar cəmləşmə rayonlarını tutur və qruplaşmalar yaradılır. Qoşunların komanda idarəetmə məntəqələrində döyüş fəaliyyəti təşkil olunub.

Qeyd edək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə sentyabrın 17-dən Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.

 

Sentyabrın 22-dək davam edəcək təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardmançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyası cəlb edilib.