|
Giyom dö Sard: Azərbaycan mədəniyyətini daha yaxından öyrənməyə çalışıram

Azərbaycan mədəniyyətini sevirəm. Bakı şəhərinə səyahət etmişəm. Zəngin mədəniyyətinizlə maraqlanır, onu daha yaxından öyrənməyə çalışıram.

Bu fikri AZƏRTAC-a müsahibəsində “Avropa İrs Günləri” çərçivəsində Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət etmiş Giyom dö Sard deyib.

Bildirib ki, Azərbaycanın incəsənəti və tarixinə həsr edilən muzey onu daha çox maraqlandırıb. Çünki bu muzey xalqınızın tarixi ilə yaxından tanış olmağa imkan yaradır.

“Azərbaycanın Beynəlxalq Sərgilər Bürosuna üzv olmasının 10 illiyinə həsr edilən fotosərgi Bakının, eləcə də ölkənizin iqtisadi inkişafından xəbər verir”, - deyən Giyom dö Sard Mədəniyyət Mərkəzində aparılan bərpa işlərini də çox yüksək qiymətləndirib.