| Xəbər 2711 dəfə oxunub
Akademik Abel Məhərrəmov nüfuzlu beynəlxalq konfransın elm komitəsinin üzvü seçilib

16-20 iyun 2019-cu il tarixlərində Yunanıstanın Saloniki şəhərində 17-ci Beynəlxalq Kimya və Ətraf Mühit konfransı keçiriləcək.

BDU-dan Trend-ə verilən məlumata görə, konfrans Avropa Kimya Elmləri Cəmiyyətinin Kimya və ətraf mühit bölməsi ilə Yunanıstan Kimyaçılar Assosiasiyasının təşkilatçılığıyla baş tutacaq.

 

Bu nüfuzlu konfransın Elm Komitəsində dünyanın müxtəlif ölkələrindən ən tanınmış alimlər təmsil olunurlar. Sevindirici haldır ki, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov da bu komitəyə daxil edilib.

Bundan başqa BDU-nun bir neçə əməkdaşı da Avropa Kimya Elmləri Cəmiyyətinin xüsusi qrant layihəsi çərçivəsində bu konfransda iştirak etmək üçün dəvət olunublar.