|
Üzü nəmləndirmək üçün təbii maskalar

Soyuq havalarda üz dərisi quruyur, elastikliyini itirir. Bunun üçün üzü daim nəm saxlayan kremlərdən istifadə etmək lazımdır.

Axşam.az xarici KİV-ə istinadən üzünüzü nəmləndirəcək maskalar təqdim edir:

2 yemək qaşığı zeytun yağını, 1 ədəd yumurta sarısını, 3 yemək qaşığı yulafı, yarım stəkan çiyələyi krem halına gələnə qədər qarışdırın. Üzünüzə masaj edərək çəkin. 20 dəqiqə saxladıqdan sonra yuyun.

2 xörək qaşığı südü və balı qarışdırıb üzünüzə sürtün. 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. Bu maskanı həftədə 1 dəfə edin.

1 xörək qaşığı balı, 1 yumurta sarısını qarışdırıb üzünüzə çəkin. Maskanı çəkdikdən sonra 10 dəqiqə saxlayın və yuyun.