|
Avtobuslarda sürücü və sərnişinlərin mübahisəsi hansı səbəbdən yaranır?

Sosial şəbəkələrdə sürücü ilə sərnişinin əlbəyaxa davasını əks etdirən görüntülər yayılıb. Kadrlarda sürücü ilə sərnişinin bir-birini təhqir etdiyi və dalaşdığı açıq aydın görünür. Ümumiyyətlə son vaxtlarda sürücü və sərnişinlər arasında baş verən bu cür davalara və mübahisələrə tez-tez rast gəlinir. Bəs bu cür davaların səbəbkarı kim olur? Əməkdaşlarımız sürücü və sərnişinlərin münasibətini öyrəniblər.

Əvvəlcə sürücü sərnişini itələyərək avtobusdan enməsini tələb edir.

Sonra isə sərnişinlə sürücü əlbəyaxa davaya çıxır. Görüntülər sərnişinlər biri tərəfindən mobil telefonla çəkilərək sosial şəbəkədə paylaşılıb. Hadisənin də bir müddət əvvəl paytxatda fəaliyyət göstərən marşrut avtobularından birində baş verdiyi qeyd edilib. Kadrlar da sürücü ilə sərnişinin bir-birini təhqir etməsi və əlbəyaxa davaya çıxması açıq-aydın görünür.

Son vaxtlarda sürücü və sərnişinlər arasında baş verən bu cür davalara və mübahisələrə tez-tez rast gəlinir. Sərnişinlər mübahisələrdə hər iki tərəfin günahkar olduğunu deyirlər. Amma davaların əsas səbəbkarı kimi sürücüləri gördüklərini bildirirlər.

Sürücülər isə mübahisələrin sərnişinlərdən qaynaqlandığını söyləyirlər.

Ekspertlər isə sərnişinlərə tövsiyyəedir ki,baş verən nazılıqlarla bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət etsinlər.